Elçin Zeynalov: “Diqqətimizi yeniyetmələrimizə yönəltmişik” - MÜSAHİBƏ
Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti jurnalistlərin suallarını cavablandırıb
Martın 23-də startı verilən beynəlxalq “Prezident Kuboku” reqatasının təntənəli açılış mərasimindən sonra Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, E.Zeynalov jurnalistlərin turnir, idmançılarımızın qarşıdakı beynəlxalq yarışlara hazırlığı, yeni alınan avadanlıqlar, nəzərdə tutulan işlər və Mingəçevir şəhərində tikilən “Kür” Olimpiya İdman Mərkəzi haqda suallarını cavablandırıb.
- Əvvəlcə yarış haqda fikirlərinizi bilmək istərdik...
- Beynəlxalq “Prezident Kuboku” reqatası artıq ikinci dəfədir keçirilir. Ötən il “Prezident Kuboku”nda Azərbaycan avarçəkənləri ilə yanaşı, Rusiya, İran və Gürcüstan idmançıları da iştirak edirdi. Bu il Gürcüstandan qonaqlarımız gəlib. İstəyirik ki, bu turnir gələcəkdə ənənəvi və genişmiqyaslı xarakter daşısın. “Kür” Olimpiya İdman Mərkəzi istifadəyə verildikdən sonra qonaqların otellərdə qalmaları üçün yerlər çoxalacaq və iştirakçı ölkələrin sayı artacaq. Digər tərəfdən, Azərbaycan və ona yaxın olan Gürcüstan, İran, Türkiyə, Ukrayna, Rusiya və Qazaxıstan üçün “Prezident Kuboku” reqatasının mövsümün start turniri kimi olmasına və mötəbər yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət kəsb etməsinə çalışacağıq.
- Bu il avarçəkənlərimiz hansı beynəlxalq yarışlara qatılacaqlar?
- Bu il həm akademik avarçəkmə, həm də kayak və kanoe üzrə yığma komandalarımız çoxsaylı beynəlxalq turnirlər, Dünya Kubokunun mərhələ yarışlarında, Avropa və dünya çempionatlarında qüvvələrini sınayacaqlar. Onların arasında ən önəmlisi 2010-cu ildə Sinqapurda baş tutacaq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatları olacaq. Həmin yarışlar 5-8 avqustda Fransanın Briv la Qayard şəhərində akademik avarçəkmə, 31 iyul – 2 avqustda isə Rusiyanın paytaxtı Moskvada kayak və kanoe növləri üzrə keçiriləcək. Yeniyetmə avarçəkənlərimiz hər iki yarışda uğurla çıxış edərək, Sinqapur olimpiadasına lisenziya qazanmaq üçün mübarizə aparacaqlar. Bu il əsas diqqətimizi yeniyetmələrimizə yönəltmişik. Yeniyetmələrin ilk olimpiadasında ölkəmizin avarçəkmə növlərində də təmsil olunmasına çalışırıq.
- Həm akademik avarçəkmə, həm də kayak və kanoe yığmalarımıza yeni baş məşqçilər təyin olunub. Almaniyalı Rudiger Hauffe ilə ukraynalı Aleksandr Kolıbelnikovun işindən razısınız?
- Hələlik hər iki baş məşqçinin işindən razıyıq. Əlbəttə, onların milli komandalarımızda bir neçə aylıq işinin nəticəsini bu gün start götürən beynəlxalq “Prezident Kuboku” reqatası göstərəcək. Hər bir məşqçinin işini yarışlar zamanı izləmək olar. Biz də Ötən ilə nəzərən idmançılarımızın hansı səviyyədə irəliləyişə nail olduqlarını bilmək istərdik.
- Milli komandalarımıza yeni legionerlərin cəlb olunması gözlənilirmi?
- Mən dəfələrlə demişəm ki, Azərbaycanda avarçəkmə növlərinin inkişafı baxımından legionerlərin çox böyük əhəmiyyəti var. Çünki müstəqillik illərində uzun müddət ölkəmizdə avarçəkmə inkişaf etməyib və bu səbəbdən, dünya səviyyəli avarçəkənlərimiz yetişməyib. Yerli idmançıların inkişafı üçün legionerlər dəvət etməliyik. Azərbaycanlı avarçəkənlər də onlarla birgə məşğul olaraq, öz nəticələrini yaxşılaşdırmalıdırlar. Eyni zamanda, legionerlər ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda təmsil edə bilərlər. Akademik avarçəkmə növündə legionerlərimiz yoxdur. Məncə, buna ehtiyac da yoxdur. Çünki kifayət qədər yerli idmançılarımız mövcuddur. Onların yaxşı potensialları var və normal hazırlıq keçirlər. Kanoe və kayak növlərində də yeniyetmələr arasında yaxşı idmançılar üzə çıxarılır, yetişməkdədirlər. Onların “Prezident Kuboku”nda özlərini yaxşı tərəfdən göstərə biləcəklərinə inanıram. Yəni, indiyədək kanoe yığmamıza cəlb etdiyimiz 3 ukraynalı legioner – Valentin Demyanenko, Sergey Bezuqlıy və Maksim Prokopenko ilə kifayətlənmişik.
- Son aylarda aldığınız yeni avadanlıqlar nələrdən ibarətdir?
- Biz ötən iki ay ərzində xeyli yeni avadanlıq almışıq. Əvvəllər akademik avarçəkənlər üçün konseptlərimiz mövcud idi. İndi isə yeni kayak və kanoe konseptləri almışıq. İdmançılarımız həm Bakıda, həm də Mingəçevirdə bu konseptlərdən istifadə edirlər. Bu yaxınlarda Rusiya və Ukraynadan gələn qonaqlarımız bu avadanlıqla tanış oldular. Onların hələ kayak və kanoe konseptləri yoxdur. Gələcəkdə almaq istəyirlər. Digər tərəfdən, yeni qayıqlar da alınıb. Artıq Almaniyada istehsal olunan dünyaca məşhur “Empacher” markalı iki qayığımız var. Bunlar 1 nəfərlik ağır çəkili və 2 nəfərlik təkavarlı qayıqlardan ibarətdir. Eləcə də Polşanın “Plastex” firmasının istehsal etdiyi 1 ədəd 1 nəfərlik kayak (K-1), 3 ədəd 1 nəfərlik kanoe (C-1) və 1 ədəd 2 nəfərlik kanoe (C-2) qayıqları gətirmişik. Bu il idmançılarımız beynəlxalq yarışlarda iştirak edəcəklər. Artıq həmin yarışlarda avarçəkənlərimiz yeni, dünya standartlarına uyğun qayıqlarda çıxış edə biləcəklər.
- Əvvəlki mətbuat konfranslarından birində bildirmişdiniz ki, təkcə Bakı və Mingəçevirdə deyil, ölkəmizin digər şəhərlərində də avarçəkmə bazası tikmək niyyətindəsiniz. Bununla bağlı hazırkı vəziyyət necədir?
- Hazırda yeni avarçəkmə bazalarının tikintisi üçün münasib məkan axtarırıq. Bu məqsədlə Daşkəsəndə olmuşuq. Orada bir göl var, onu nəzərdən keçirmişik. Eləcə də Şirvan şəhərindəki gölü baxışdan keçirmişik. Həmin ərazilərdə bazaların tikintisi üçün vəsait axtarırıq. Məncə, qısa müddətdə buna nail olacağıq.
- “Kür” Olimpiya İdman Mərkəzi nə vaxt hazır olacaq?
- İlin sonunadək təhvil verilməlidir. İşlər sürətlə gedir. Ölkəmizin prezidenti, cənab İlham Əliyev martın 3-də Mingəçevirə səfəri zamanı idman mərkəzinin tikintisi ilə tanış oldu. Yəqin ki, nəzərdə tutduğumuz vaxtda Kür” Olimpiya İdman Mərkəzi istifadəyə veriləcək.

2179