Azərbaycanlı hakimi stadiondan yanğınsöndürən maşınla çıxarıblar
10 mart 2009 11:00 (UTC +04:00)

Azərbaycanlı hakimi stadiondan yanğınsöndürən maşınla çıxarıblar

Rüstəm Rəhimov 1991-ci ildə böyük qalmaqalın səbəbkarı olub

Azərbaycanın keçmiş ümumittifaq dərəcəli futbol hakimi Rüstəm Rəhimovla bağlı görünməmiş qalmaqal ortaya çıxıb.

Lent.az-ın “sport.oboz.ua” saytına istinadən məlumatına görə, R.Rəhimov 1991-ci il aprelin 21-də Ukraynanın Donetsk şəhərində yerli “Şaxtyor” və Rusiyanın MOİK komandaları arasında keçirilmiş SSRİ çempionatının birinci dövrəsinin oyununda nəticəyə təsir edən səhvə yol verib.

Görüşün başa çatmasına 1 dəqiqə qalmış həmyerlimiz “Şaxtyor”un qapısına penalti zərbəsi təyin edib. O, MOİK-in forvardı İqor Korneyevə qarşı olmayan “fol”u qayda pozuntusu kimi dəyərləndirib və meydan sahiblərini 11 metrlik cərimə zərbəsi ilə cəzalandırıb. “Hərbçilər” bu imkandan yararlanıblar və qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Oyundan sonra donetskli azarkeşlər rəqib komandanın futbolçuları və R.Rəhimovun rəhbərlik etdiyi hakimlər briqadası ilə uzun müddət münasibətlərini aydınlaşdırıblar. “Şaxtyor”un veteran futbolçusu İqor Petrov həmin hadisəni belə xatırlayır: “Oyun gərgin mübarizə şəraitində keçdi. Matçın sonlarında hakimin səhvi azarkeşləri təxribata çəkdi. Nəticədə çaxnaşma başladı. Hakimi oyundan yanğınsöndürən maşınla çıxarmaq lazım gəldi. Mənim yaddaşımda bundan böyük qalmaqal olmayıb”.

Petrovun sözlərinə görə, qalmaqal təkcə stadionu əhatə etməyib. Qəzəblənmiş azarkeşlər Donetskin küçələrinə axışaraq, dayanacaqlardakı avtobus və avtomobilləri əzərək, şüşələrini sındırıblar. Veteran futbolçu sona 10 dəqiqə qalmış əvəzləndiyi üçün mübahisəli epizod zamanı meydançada olmadığını deyib. O, final fitindən sonra bir saat ərzində stadionu heç kimin tərk edə bilmədiyini xatırladıb. Məsələyə atlı milislər qarışıblar: “Biz az vaxt idi ki, qonaq komandalar üçün avtobus almışdıq. Həmin avtobusu azarkeşlər daşa basaraq, şüşələrini sındırdılar. Sürücü şokda idi”.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1445

Oxşar yazılar

Zaniolo  üçün qərar verildi: "Qalatasaray"lı  futbolçu İtaliyadan əliboş qayıdır

Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır

24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42
Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44