“Neftçi” Gedeyə ildə 300 min avro ödəməlidir – EKSKLÜZİV
“Neftçi” futbol klubu rəhbərliyinin 2008-ci ilin 5 sentyabrında komandanın baş məşqçisi Hans-Yurgen Gede ilə bağladığı 2 illik müqavilənin maliyyə tərəfləri üzə çıxıb.
Lent.az-ın kluba yaxın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, almaniyalı mütəxəssis klubla ildə 300 min avro əmək haqqı müqabilində anlaşıb.
Bura qələbəyə görə mükafatlar daxil deyil. Müqaviləyə əsasən, “Neftçi” Azərbaycan Premyer Liqasının qalibi olacağı halda, Gedeyə 1 milyon avro mükafat verilməlidir. Lakin bu mövsüm çempionluq əldən çıxdığından, ən titullu komandamız yalnız ölkə kubokunda yüksək nəticəyə ümid edə bilər. Bunun üçün ilk növbədə, martın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ¼ final mərhələsinin cavab görüşündə “Neftçi” Ağdamın “Qarabağ” komandasına ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Çünki ilk matç “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Neftçi” rəhbərliyi hazırda Gedeni istefaya göndərmək istəsə də, baş məşqçinin təzminat tələb etmə təhlükəsi üzündən qəti qərara gələ bilmir.

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06