Zabit Səmədov: “Rəqibimi nokauta salacağam”
Fevralın 27-də “Fidan” Əyləncə və İstirahət Kompleksində baş tutacaq peşəkar döyüşlərdən ibarət gecənin iştirakçıları bu gün mətbuat konfransı keçiriblər.
Lent.az-ın məlumatına görə, əvvəlcə gecənin təşkilatçısı, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) rəsmisi Elşən Abdulrəhimov tədbir çərçivəsində baş tutacaq döyüşlər haqda məlumat verib. O bildirib ki, saat 18:00-da başlanacaq gecədə əvvəlcə 78 kq çəki dərəcəsində Kamil Şərifov, Fuad Zeynalov, Vüqar Kazımov, Xəyal Əhmədov, Kənan Sadıqov, Elmar Mürsəlov (hamısı Azərbaycan), Şota Akulaşvili (Gürcüstan) və Altay Kırın (Türkiyə) iştirakı ilə ümumilikdə 7 görüş keçiriləcək. İdmançılar ¼ final mərhələsindən etibarən döyüşərək, final qarşılaşmasında qalibi müəyyənləşdirəcəklər.
Ardından “WAKO-PRO” versiyası üzrə Avropa kəməri uğrunda görüş keçiriləcək. 81,4 kq çəki dərəcəsində baş tutacaq döyüşdə azərbaycanlı kikboksçu, 3 qat dünya çempionu Ehram Məcidovla Avropa çempionu Leonildo Evora Dominqos (Portuqaliya) qarşılaşacaq.
Sonra daha bir həmyerlimiz Ramin Səlimov Şimali Kipr Türk Respublikasının təmsilçisi Hunkar Kılıçla superfayt döyüşündə üz-üzə gələcək.
Bu görüşlər başa çatdıqdan sonra Belarusda yaşayan azərbaycanlı K-1 döyüşləri ustası Zabit Səmədov tamaşaçılar qarşısına çıxacaq. Onun rəqibi 2007-ci il Riqa “qran-pri”sinin qalibi, latviyalı Konstantin Qluxov olacaq.
Döyüşlər 3 raunddan ibarət olacaq. Hər raund 3 dəqiqə çəkəcək. Yekunda qalib müəyyənləşməsə, ekstra-raund təyin ediləcək.
AKF-in vitse-prezidenti Güloğlan Cabbarov bu ildən peşəkarlar arasında keçiriləcək döyüşlərə böyük önəm verdiklərini söyləyib. O, bildirib ki, ilin sonunadək 3-4 dəfə peşəkar kikboksinq üzrə yarışlar keçirmək niyyətindədirlər. Bununla yanaşı, kikboksçularımızın ölkə xaricində peşəkarlar arasında təşkil olunacaq yarışlarda müntəzəm iştirakı da təmin olunacaq.
Sonra döyüş iştirakçıları fikirlərini bildiriblər. 3 qat dünya çempionu Ehram Məcidov Avropa kəmərini əldə etmək üçün 2 aydan çoxdur ki, portuqaliyalı rəqibi ilə görüşə hazırlaşdığını vurğulayıb: “Leonildo Evora Dominqosu tanıyıram. Güclü rəqibdir. Amma inanıram ki, Avropa kəmərinə özüm sahib çıxacağam”.
Öz növbəsində, portuqaliyalı kikboksçu özünə inandığını və Avropa kəmərini vətəninə aparmağı hədəflədiyini açıqlayıb. O, keçirəcəyi döyüşdən tamaşaçıların da razı qalacaqlarına əminlik ifadə edib.
Zabit Səmədov isə Konstantin Qluxovu layiqli rəqib adlandırıb: “Qluxov məndən uca və ağır çəkilidir. Lakin mən azarkeşlərə qələbə bəxş etmək istəyirəm”. “Mauqli” ləqəbli həmyerlimiz döyüşü nokautla başa vurmağa çalışacağını da əlavə edib. O, hətta bildirib ki, ikinci raundda rəqibini nokauta salmaq niyyətindədir: “Nokaut haqda düşünürəm. Özü də ikinci raundda. Çünki əksər hallarda rəqiblərimi bu raundda yerə sərmişəm”.
Latviyalı idmançı isə Səmədovla döyüşə ciddi hazırlaşdığını söyləyib. Güclü rəqiblə üz-üzə gələcəyi üçün sevindiyini deyən Qluxov “Mauqli”yə uğurlar arzulayıb.
Elşən Məmmədov

1764