Branimir Subaşiç “Qəbələ”ni “Adanaspor”dan üstün tutdu
30 avqust 2010 11:52 (UTC +04:00)

Branimir Subaşiç “Qəbələ”ni “Adanaspor”dan üstün tutdu

Bu haqda Lent.az-a əyalət klubunun meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, 28 yaşlı hücumçu ilə anlaşma avqustun 30-da rəsmiləşəcək. Müqavilə 1 il müddətinə bağlanılacaq. Əzizov Subaşiçin transferini hələ qışda həll etmək istədiklərini, amma həmin vaxt Serbiya əsilli hücumçu ilə maliyyə məsələsində razılığa gələ bilmədiklərini açıqlayıb: “İndi isə Türkiyə çempionatının I liqasında çıxış edən “Adanaspor” klubu Subaşiçlə maraqlanır. Amma futbolçu yenidən Azərbaycanda oynamaq və milli komandamıza qayıtmaq istəyilə “Qəbələ”nin təklifini qəbul etdi”.

Qeyd edək ki, Branimir Subaşiç 2005 – 2008-ci illərdə çıxış etdiyi “Neftçi” klubunda 65 matçda 31 qol vurub. 2007-2008-ci illərdə Azərbaycan yığmasınnın formasını geyinən Subaşiç 26 matçda 7 dəfə fərqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210

Oxşar yazılar