Azərbaycan Güləş Federasiyası 2009-cu ilin yekunlarına dair tədbir keçirib
25 dekabr 2009 14:00 (UTC +04:00)

Azərbaycan Güləş Federasiyası 2009-cu ilin yekunlarına dair tədbir keçirib

Bu gün Azərbaycan Güləş Federasiyası 2009-cu ilin yekunları ilə bağlı tədbir keçirib.

Lent.az-ın məlumatına görə, tədbirdə federasiya rəhbərliyi və idmançılarla yanaşı media nümayəndələri də iştirak ediblər.

Tədbirdə yazılı və görüntülü media arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb. Televiziyalar arasında birinci yeri “Space” telekanalı, yazılı media işçiləri arasında isə “İdman” qəzetinin əməkdaşı Kamran Hacı tutub. Tədbir iştirakçılarına qiymətli hədiyyələr və şəhadətnamələr verilib.

Lent.az-ın əməkdaşı Elşən Məmmədov da mükafatçılar arasında olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar