Topaz Premyer Liqası: 3 futbolçunu qovan baş hakim oyunsuz qaldı
16 noyabr 2012 18:02 (UTC +04:00)

Topaz Premyer Liqası: 3 futbolçunu qovan baş hakim oyunsuz qaldı

Futbol üzrə Topaz Premyer Liqasının XIII turuna hakim təyinatları açıqlanıb. Lent.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsi ötən tur “Turan”la oyun zamanı “Simurq”un 3 futbolçusunu meydandan qovan FİFA referisi Anar Salmanova təyinat verməyib.

Digər beynəlxalq dərəcəli hakimlərdən fərqli olaraq, Salmanov növbəti turda fit çalmayacaq. O, ehtiyat hakim funksiyalarını da yerinə yetirməyəcək.

Növbəti turun hakim təyinatları:

17 noyabr (şənbə)

15:00. “Neftçi” (Bakı) – “Sumqayıt”
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Elman Musayev, Fərid Məmmədov
Bakı, 8-ci km.stadionu

18 noyabr (bazar)

14:00. “Bakı” – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Namiq Hüseynov, Ramiz Məhərrəmov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

16:00. “Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala)
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Ramil Əhmədov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

18:00. “İnter” (Bakı) – “Turan” (Tovuz)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Orxan Məmmədov
Bakı, “Şəfa” stadionu

19 noyabr (bazar ertəsi)

14:00. “Qəbələ” – “Kəpəz” (Gəncə)
Hakimlər: Rahim Həsənov, Zeynal Zeynalov, Azər Əsgərov, Teymur Fərhadov
Qəbələ şəhər stadionu

16:00. “Rəvan” (Bakı) – AZAL (Bakı)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Tahir Əhmədov
Bakı, Bayıl Arena stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847

Oxşar yazılar