Olimpiada-2012: Güləşçimiz ¼ finalda
Azərbaycanın qadın güləşçisi Yuliya Ratkeviç 2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizəyə qələbə ilə başlayıb. Lent.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsindəki təmsilçimiz 1/8 finalda yunanıstanlı Maria Prevolarakini yenib.
İlk yarının 2 dəqiqəlik bölümündə hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün klinç fəndindən istifadə edilib. Püşk nəticəsində Prevolaraki hücum edən tərəf olub. Lakin Ratkeviç rəqibinin hücumunun qarşısını almaqla yanaşı, xal qazanmağı da bacarıb. Yunanıstan tərəfinin hakimlərin qərarına etirazı rədd edilib və güləşçimiz hissəni 2:0 hesablı qələbə ilə başa vurub. İkinci hissədə isə Ratkeviç rəqibinin arxasına keçmə fəndini uğurla yerinə yetirib və hissəni minimal üstünlüklə tamamlayıb – 1:0.
Güləşçimiz bu gün saat 18:24-də (Bakı vaxtı ilə) ¼ finalda 2 qat olimpiya və 9 qat dünya çempionu Saori Yoşida (Yaponiya) ilə qarşılaşacaq.

Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24