“Real”ın futbolçusu bir ay oynamayacaq
19 oktyabr 2020 17:29 (UTC +04:00)

“Real”ın futbolçusu bir ay oynamayacaq

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Martin Edeqorun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı orta sahə oyunçusu bir müddət komandasına kömək edə bilməyəcək.

Norveç yığmasının heyətində Millətlər Liqasında Şimali İrlandiya ilə görüşdə (1:0) zədələnən gənc futbolçu tibbi müayinədən keçib. Sağ ayaq əzələsində problem aşkarlanan Edeqorun bir ay yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.

Qeyd edək ki, Edeqor La Liqanın VI turunda “Kadis”lə (0:1) keçirilən son matçı buraxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126
avatar

Oxşar yazılar