“Qarabağ”ın sabiq qapıçısı, hazırda icarə əsasında “Milan”da çıxış edən Asmir Beqoviç yeni təklif alıb.
Lent.az-ın məlumatına görə, bosniyalı qolkiperlə Milan şəhərinin digər komandası - “İnter” danışıq aparır.
“Neradzurra” transfer hüququ “Bornmut” klubuna məxsus olan Beqoviçi yayda heyətinə qatmaq niyyətindədir. “İnter” rəhbərliyi Asmiri komandanın əsas qapıçısı Samir Handanoviçin əvəzləyicisi qismində düşünür.
Qeyd edək ki, A.Beqoviç cari mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.