“Qalatasaray”ın məşqçisi istefa verdi
11 may 2020 18:44 (UTC +04:00)

“Qalatasaray”ın məşqçisi istefa verdi

“Qalatasaray”ın məşqçisi Hasan Şaş istefa verib. 

Apasport.az saytının məlumatına görə, bunu Fatih Terimin 44 yaşlı köməkçisi özü açıqlayıb. 

O instaqram hesabında yazdığı statusunda bildirib ki, vəzifəsindən öz istəyi ilə ayrılıb. Şaş bu günə qədər ona çətin günlərində dəstək olan azarkeşlərinə də təşəkkür edib. 

Qeyd edək ki, 1998-2009-cu illərdə “Qalatasaray”da oynamış Şaş 2018-ci ildən əsas komandada məşqçi işləyirdi. O, 2011-13-cü illərdə də İstanbul klubunun çalışdırıcısı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4647
avatar

Oxşar yazılar