Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Talat Özkarslı vəfat edib.
Apasport.az saytının məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
“Göztəpə”, “Qalatasaray” və “Qaziantepspor” kimi klublarda çıxış etmiş 82 yaşlı sabiq yarımmüdafiəçi uzun müddətdir əziyyət çəkdiyi xəstəlikdən bu gün xəstəxanada dünyasını dəyişib. Karyerası ərzində 26 dəfə Türkiyə millisinin formasını geyinmiş Özkarslının bu gün dəfn olunacağı açıqlanıb.
1961-ci ildə “Qalatasaray”a transfer olunan Talat Özkarslı “cim-bom”un heyətində 4 dəfə Türkiyə çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub.