Kikboksinq üzrə 6 qat dünya çempionu, əməkdar idman ustası Pərviz Abdullayev “Survivor Panorama” proqramında qonaq olub.
Lent.az-ın məlumatına görə, idmançı verilişdə bildirib ki, xeyli vaxtdır övladlarına həsrətdir: "Bir aydan çox Dominikanda qaldım, sonra İstanbula gəldim. Uşaqlarımı belə görə bilməmişəm. İyulun ortasında Bakıya qayıdacam. İndi mənə dedilər ki, “Survivor”un finalınadək burada qal. Kiçik övladımın 3 yaşı var, artıq məni tanımır. Görüntülü danışanda üzünü çevirib gedir”.