“Trabzonspor”un qapıçısı Uğurcan Çakır karyerasını İngiltərədə davam etdirə bilər.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 23 yaşlı qolkiperin xidmətində “Liverpul” maraqlıdır.
Məlumatı “bordo-mavililər”in prezidenti Əhməd Ağaoğlu da təsdiqləyib: “Uğurcana görə təkliflər gəlməkdə davam edir. Bəli, “Liverpul” da onunla maraqlanır”.
Qapıçını heyətində görmək istəyən digər Premyer Liqa təmsilçisi isə “Lester”dir.
Qeyd edək ki, Uğurcan Çakır 2014-cü ildən “Trabzonspor”un formasını geyinir.