“Barselona”nın futbolçusu Luis Suares açıqlama verib.
Lent.az-ın məlumatına görə, dizindən zədəli olan uruqvaylı hücumçu yaşıl meydanlara tez qayıtmaq istədiyini bildirib.
“Həkimlər zədəli futbolçunun sıraya dönəcəyi ilə bağlı həmişə proqnoz verirlər. Ancaq mən heç vaxt buna fikir verməmişəm, zədəmi daha tez sağaltmağa çalışmışam. Həkimlərin dediyi vaxtdan tez sıraya dönməyi bacardığımızı sübut etmək istəyirəm. Bunun öhdəsindən gələcəyimə əminəm. Əməliyyatdan sonra cəmi 1 gün istirahət etdim. Həkim buna çox təəccübləndi”, - L.Suares bildirib.
Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”nın formasını geyinir.