“Fiorentina”nın futbolçusu Frank Riberi koronavirusa görə İtaliya çempionatının dayandırılması haqda danışıb.
Lent.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçinin fikirləri Florensiya klubunun rəsmi tvitter səhifəsində yer alıb.
“Çətin məqamdır. Ancaq bunun öhdəsindən birlikdə gələcəyik. Mənim Florensiyam və cəsur İtaliya, başını dik tut”, - Riberi bildirib.
Qeyd edək ki, A seriyası aprelin 3-dək dayandırılıb.