“Çelsi” klubunun aparıcı futbolçularından biri sıradan çıxıb.
Lent.az-ın məlumatına görə, söhbət fransalı yarımmüdafiəçi Nqolo Kantedən gedir.
Premyer Liqanın 26-cı turunda “Mançester Yunayted”lə oyunda zədələnən Kante tibbi müayinədən keçib. Məlum olub ki, təcrübəli futbolçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 2016-cı ildən “Çelsi”nin formasını geyinən Kante İngiltərə çempionatının cari mövsümündə 17 oyunda meydana çıxıb və 3 qola imza atıb.