“Biz bu oyunla qalib gələ bilmərik” - Messi
15 may 2020 13:27 (UTC +04:00)

“Biz bu oyunla qalib gələ bilmərik” - Messi

“Barselona”nın və Argentina millisinin lideri Lionel Messi deyib ki, Çempionlar liqasında qalib olmaq üçün Kataloniya klubu öz oyununu yaxşılaşdırmalıdır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun fikrincə, komandasının istənilən turnirdə qalib gəlməsinə heç vaxt şübhəsi olmayıb. 

“Barselona”da dünyanın ən yaxşı futbolçuları çıxış edir. Bununla belə, biz belə oyunla Çempionlar liqasında qalib gələ bilmərik. Oyunumuzu yaxşılaşdırmalıyıq”, - Messi vurğulayıb.

Xatırladaq ki, “Barselona” Çempionlar liqasının 1/8 finalına çıxıb. Onun bu mərhələdəki rəqibi İtaliyanın “Napoli” klubudur.

Çempionlar liqasının pley-offunun avqust ayında baş tutacağı gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2824
avatar

Oxşar yazılar