Niderland yığmasının baş məşqçisi Ronald Kuman açıqlama verib.
Lent.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bir müddət öncə “Barselona”dan təklif aldığını təsdiqləyib.
“Bəli, onlar bir neçə həftə əvvəl mənə zəng etmişdilər. “Barselona” məni istəyirdi, getmədim. Çünki hazırda Niderland millisini çalışdırıram. Yığmadan getməyim düzgün olmazdı. Bir sözlə, “Barselona”dan təklif doğru zamanda gəlməmişdi”, - R.Kuman bildirib.
Qeyd edək ki, R.Kuman futbolçu karyerası ərzində 1989-1995-ci illərdə Kataloniya klubunun formasını geyinib.