“Barselona” ilə razılığa gəldi, yeni müqavilə imzalayacaq
05 mart 2020 12:01 (UTC +04:00)

“Barselona” ilə razılığa gəldi, yeni müqavilə imzalayacaq


“Barselona” rəhbərliyi komandanın əsas qapıçısı Mark-Andre ter Ştegenlə müqaviləni yeniləməyə yaxındır.

Lent.az-ın ESPN-ə istinadən məlumatına görə, alman qolkiper Kataloniya klubunun yeni sözləşmə təklifini qəbul edib. 

Tərəflər maliyyə şərtləri və digər detallarda artıq razılığa gəliblər. Müqavilənin müddəti yaxın günlərdə 2 illik uzadılacaq.

Qeyd edək ki, 28 yaşlı çərçivə qoruyucusu “Barselona”ya 2014-cü ildə Münhenqladbax “Borussiya”sından keçib. O, hazırkı komandasında ümumilikdə 223 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242
avatar

Rizvan Babayev

Oxşar yazılar