“Barselona”nın heyətinə qatmaq istədiyi yeni futbolçunun adı məlum olub. Lent.az-ın “Mundo Deportivo” nəşrinə istinadən məlumatına görə, kataloniyalılar “Tottenhem”in üzvü Tanqi Ndombele ilə yaxından maraqlanırlar.
“Barsa” rəhbərliyi bu keçidi yayda reallaşdırmaq niyyətindədir. 23 yaşlı fransalı yarımmüdafiəçinin komandadan ayrılacaqları gözlənilən Arturo Vidal və İvan Rakitiçi layiqincə əvəz edə biləcəyi düşünülür. Futbolçunun özü də İspaniyaya köçməyə qarşı deyil. Onun “Tottenhem”in baş məşqçisi Joze Mourinyo ilə yaxşı münasibətdə olmadığı, bu səbəbdən komandasını dəyişmək istədiyi bildirilir.
Qeyd edək ki, T.Ndombele “Tottenhem”ə 2019-cu ildə “Lion”dan transfer olunub.