“Barselona” “2-ci Messi” ilə müqavilə bağladı
05 dekabr 2019 10:43 (UTC +04:00)

“Barselona” “2-ci Messi” ilə müqavilə bağladı

 

İspaniyanın “Barselona” klubu gənc hücumçusu Ansu Fati ilə yeni müqavilə imzalayıb. 

Lent.az-ın məlumatına görə, yaxın gələcəkdə böyük futbolçu olacağına ümidlər bəslənilən və “2-ci Messi” adlandırılan Fatinin sözləşməsinin müddəti 2022-ci il iyunun 30-dək uzadılıb.

Müqavilədə yer alan bəndə əsasən, “Barselona” rəhbərliyi həmin müddətə qədər 17 yaşlı futbolçunun sazişini daha 2 il artıra bilər. Kataloniyalılar istedadlı oyunçuya 170 milyon avro transfer qiyməti qoyublar.

Qeyd edək ki, 10 yaşından “Barselona”da futbolun sirlərini öyrənən Fati bu ildən Kataloniya klubunun əsas komandasında oynayır. O, meydana çıxdığı 11 matçda 2 qol vurub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1267

Oxşar yazılar

"İnter"in iki hücumçusu klubunu dəyişəcək

"İnter"in iki hücumçusu klubunu dəyişəcək

12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI

12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu  üstələdi

Seriya A debütantı klub rekordunu üstələdi

12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi  məlum oldu

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu

12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı

7 ildən sonra Bundesliqaya qayıtdı

12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol

“Dortmund” - “Bayer” oyununda 6 qol

12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu

“El Klasiko”nun qalibi “Barselona” oldu

11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla  qayıdır

“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır

10 may 2025 , 22:12