İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyasına görə tətbiq etdiyi karantin müddətini uzadıb.
Lent.az-ın “Sky Sport”a istinadən məlumatına görə, “topçular”ın sabah məşqləri bərpa edəcəkləri gözlənilsə də, bu baş tutmayacaq.
London klubu baş məşqçi Mikel Artetanın koronavirusa yoluxmasından sonra komandada 2 həftəlik karantin elan etmişdi. Ancaq “Arsenal” rəhbərliyi ölkədə epidemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, həmin müddəti uzadıb. Komandanın nə vaxt məşqlərə başlayacağına dair dəqiq məlumat verilmir.