İtlər üçün marixuana  əlavələri: Aqressivlikləri azalacaq
11 dekabr 2025 10:57 (UTC +04:00)

İtlər üçün marixuana əlavələri: Aqressivlikləri azalacaq

0

Alimlər marixuana və çətənədə olan bəzi maddələrin itlər üçün “sakitləşdirici təsirə” malik olduğunu müəyyən ediblər. Tədqiqat göstərib ki, bu əlavələri alan itlərdə aqressiv davranışın intensivliyi azalır. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə bu maddənin heyvanların təlimində istifadə potensialı mövcud ola bilər.

Lent.az xəbər verir ki, kkanabidiol artıq insanların xroniki ağrı, ürəkbulanma və iltihab kimi problemlərin müalicəsində istifadə olunur. Maddənin tərkibində marixuananın eyforiya yaradan psixoaktiv komponenti tetrahidrokannabinol yoxdur.

ABŞ-da çətədən əldə olunan KBD ev heyvanları üçün bütün ştatlarda qanunidir. Lakin baytar həkimlərinin onu tövsiyə etmək və ya tətbiq etmək hüququ texniki olaraq yoxdur. Böyük Britaniya kimi bəzi ölkələrdə isə heyvanlar üçün KBD əlavə və dərmanları hələlik təsdiqlənməyib.

Araşdırmaya görə, KBD-nin itlər üçün toksik olduğunu sübut edən dəlillər yoxdur. Bununla belə, maddənin effektivliyi, düzgün dozalanması, mümkün yan təsirləri və digər dərmanlarla qarşılıqlı təsiri barədə məlumat çatışmır.

47 min it üzərində aparılan geniş analiz maraqlı tendensiya göstərdi

“İtlərin qocalması” adlı uzunmüddətli layihə çərçivəsində 47 000-dən çox ev iti illər boyunca müşahidə olunub. 2019–2023-cü illəri əhatə edən illik sorğular heyvanların qidalanma rejimi, həyat tərzi, sağlamlıq vəziyyəti və yaşayış şəraiti barədə məlumat toplayıb.

Sahiblər itlərinin KBD və ya çətənə tərkibli məhsulları nə qədər tez-tez qəbul etdiyini, gündəlik, nadir hallarda və ya heç vaxt istifadə etmədiyini göstəriblər.

Toplanan məlumatlara əsasən, 47 355 itin 3470-i (7,3 faiz) müəyyən dövrdə KBD alıb. Onlardan 2759-u (5,8 faiz) isə bu əlavəni davamlı şəkildə qəbul edənlər olub.

Aqressiyanın azalması müşahidə edilib, lakin hər məsələdə deyil

Nəticələr göstərir ki, KBD uzunmüddətli istifadə zamanı aqressiv davranışın azalmasına təsir edə bilər. Maddəni mütəmadi alan itlərdə aqressiya göstəriciləri digər heyvanlarla müqayisədə daha aşağı olub.

Lakin digər davranış xüsusiyyətləri, məsələn, hiperaktivlik və ya narahatlıq səviyyəsi belə bir əlaqə nümayiş etdirməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar