Gülçatayın talesizliyi: nakam sevgi, 70 yaşlı süpürgəçi, kənd qarısı... - AQİBƏT
30 mart 2020 19:10 (UTC +04:00)

Gülçatayın talesizliyi: nakam sevgi, 70 yaşlı süpürgəçi, kənd qarısı... - AQİBƏT

“Səhranın bəyaz günəşi” filmi yadınızda olar. Vladimir Motılyanın bu maraqlı ekran əsərində Abdullanın sonuncu həyat yoldaşı Gülçatay rolunu oynayan aktrisanın maraqlı taleyi olub. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Gülçatay Tatyana Fedotovanın kinoda yeganə roludur. O kinodan sonra gənc aktrisa ekranlardan yoxa çıxıb.

Əslində Tatyana Fedotova aktrisa deyildi, balerinadır. Fedotova nə qədər kinoya çəkilmək istəsə də hətta onu həmin filmə çəkən rejissor belə bir daha yada salmayıb. Şəxsi həyatı isə əsil melodramadır.  Fedotova Gennadi Kuzminə aşiq olanda bəstəkar evli idi.  Üçlü məhəbbətdən bezən qız onun xanımına "bizi rahat burax" – xəbərdarlığı edib. Bu ultimatum əks nəticə verib, bəstəkar onu tərk edib.  İlk baxışdan vaxtında və sivil yolla ayrılıqdır, amma o vaxtdan sonra qız sənət camiəsində mənfi imicli olub. Onu hamı qalmaqallı qadın kimi tanıyıb.

İllər sonra qadın ailə qurub, iki övladı olub.

Təqaüdə çıxandan sonra muzeylərdən birində süpürgəçi işləyib. İndi 70 yaşı var, həyat yoldaşı ilə birgə əyalətdə yaşayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5232
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar