Yağış yağıb, leysan olub
05 iyul 2026 10:22 (UTC +04:00)

Yağış yağıb, leysan olub

0

Milli Hidrometeorologiya Xidmətinin iyulun 5-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Gədəbəydə 18, Daşkəsəndə 17, Lerikdə 10, Gəncədə 9, Göygöl, Tovuzda 5, Balakəndə 4, Şəmkir, Şahbuzda 3, Cəbrayılda 2, Naxçıvan, Culfa, Qax, Zaqatala, Oğuz, İsmayıllı, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Yardımlı, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Naftalanda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 15 m/s-yə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar