Dumanlı və tozlu hava bu tarixədək davam edəcək
05 noyabr 2023 12:50 (UTC +04:00)

Dumanlı və tozlu hava bu tarixədək davam edəcək

0

Hazırda Bakıda və Abşeron yarımadasında duman və toz müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, duman sinoptik şəraitlə əlaqədar olaraq payız fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.

Qeyd edilib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.

Dumanlı və tozlu hava şəraitinin noyabrın 5-i gün ərzində davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3607

Oxşar yazılar