Zavodda BƏDBƏXT  hadisə
23 fevral 2022 03:34 (UTC +04:00)

Zavodda BƏDBƏXT hadisə

Gəncədə bədbəxt hadisə baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində yerləşən avtomobil zavodunda qeydə alınıb.

Goranboy sakini Yusibov Elçin Aqil oğlu işdə olarkən yıxılıb. Zavodda mühafizə xidmətində çalışan E.Yusibov başının zədə alması nəticəsində dünyasını dəyişib.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3618
avatar

Oxşar yazılar