Zaqatalada xəstəxanada ölən 11 yaşlı qızla bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, əslən İmişli rayonundan olan 11 yaşlı Dəniz Elnur qızı Nuri ailəsi ilə birlikdə Bakı şəhərində yaşayıb. Zaqatalaya gəlməzdən əvvəl onlar Tovuz və Şəki rayonlarında olublar. Zaqatalaya gəlməzdən əvvəl D. Nurinin səhhətində olan problemlərlə bağlı Tovuz və Şəki rayonlarının xəstəxanalarına müraciət olunub. Daha sonra D. Nuri və ailəsi Zaqatalanın Bəhmətli kəndinə qonaq gəliblər. Bu gün saat 11 radələrində D. Nurinin səhhətində olan problemlərlə bağlı ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcilli yardım şöbəsinə müraciət olunub. Uşaq xəstəxanaya daxil olduqdan 20-25 dəqiqə sonra bioloji ölüm qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
Saat: 16:21
Zaqatalada 11 yaşlı qız zəhərlənib.
Lent.az-ın məlumatına görə, ailəsi ilə birgə rayona istirahətə gələn 11 yaşlı Dəniz Nuri zəhərlənmə diaqnozu ilə Zaqatala rayon Mərkəzi xəstəxanasına daxil olub. Burada göstərilən tibbi xidmətlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.