Zaqatalada sərxoş sürücü  qəza törətdi, yaralılar var - VİDEO  - YENİLƏNİB
23 aprel 2025 12:01 (UTC +04:00)

Zaqatalada sərxoş sürücü qəza törətdi, yaralılar var - VİDEO - YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsi Zaqatalada baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, hadisəni törədən sürücü sərxoş olub: 

"Bu gün saat 00:30 radələrində Zaqatala rayonu, Tala kəndi ərazisində sərxoş sürücünün təqsiri üzündən zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, Zaqatala rayon sakini Tərlan İsayev alkoqollu içkinin təsiri altında “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən əvvəlcə yol kənarında dayanmış 62-BP-303 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı, sonra isə 62-BM-733 nömrə nişanlı “BMW” markalı avtomobillərlə toqquşub.

Qəza nəticəsində xəsarət alan Tərlan İsayev və sərnişini – həyat yoldaşı Məryəm Qebeyeva Zaqatala Müalicə-Diaqnoztika Mərkəzinə yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır”.

Baş Dövlət Yol Polisi İdarəsi məsuliyyətsiz davranışların hər an ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır, habelə sərxoş halda sükün arxasına əyləşən sürücülərə müraciət edərək onları baş verən hadisədən düzgün nəticə çıxarmağa, özlərinin və başqa günahsız insanların həyat və sağlamlığına qarşı laqeyd davranışlardan çəkinməyə çağırır!".

***

saat 08:25

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 22-i axşam saat 23 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili ilə sərnişin daşıyan “Vito” toqquşub.

Daha sonra həmin minik avtomobili “BMW” markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Zaqatala şəhər sakinləri 1978-ci il təvəllüdlü Məryəm Mehdi qızı Qebeyeva və 1986-cı il təvəllüdlü Tərlan Fikrət oğlu İsayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Onların müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8804

Oxşar yazılar