Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın məlumatına görə hadisə rayonun kəndlərindən birində baş verib.
Belə ki, 2020-ci il təvəllüdlü T.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal azyaşlıya yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə T.Quliyev valideynlərinin dərmanı ona səhvən içirməsi nəticəsində zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.