Zaqatalada toyda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində qeydə alınıb.
Burada aşpaz işləyən Qax rayon Tasmalı kənd sakini, 46 yaşlı Asəf Orucovun üzərinə qaynar yağ dağılıb.
Nəticədə yanıq xəsarətləri alan Asəf Orucov xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.