Zaqatalada özünü güllələyən oğlanla bağlı bəzi məlumatlar əldə etmişik.
Lent.az xəbər verir ki, 28 yaşlı Cavidan Muradov bir il əvvəl ailə həyatı qurubmuş.
Bu gün yaxınları ilə birgə meşəyə ova gedən C.Muradovun əlindəki silah ehtiyatsızlıqdan açılıb. Nəticədə o aldığı güllə yarasından ölüb.
Lent.az dünyasını dəyişən C.Muradovun fotosunu təqdim edir:
***
26 dekabr, saat 22:42
Zaqatalada meşədən kişi meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, meşəlik ərazidə kənd sakini 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
Araşdırma zamanı C. Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.