Zaqatalada kömür sexi   yandı
08 aprel 2024 06:44 (UTC +04:00)

Zaqatalada kömür sexi yandı

Zaqatalada kömür istehsalı sexində yanğın olub. 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Tala kəndində, Toğrul Yunus oğlu Balayevə məxsus, ümumi sahəsi 286 kv/m olan sexdə baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və  şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində sexin 36 kv/m-lik sahəsinin yanar konstruksiyaları və ərazidə olan 3 ton kömürün 1,5 tonu yanıb. Sexin  qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 7200
avatar

Oxşar yazılar