Zaqatalada Gürcüstan vətəndaşı olan qadını maşın vurub öldürdü
01 iyul 2023 10:53 (UTC +04:00)

Zaqatalada Gürcüstan vətəndaşı olan qadını maşın vurub öldürdü

1

Zaqatalada qadını maşın vurub öldürüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Qandax kəndində baş verib. 71 yaşlı Fərman Cumaəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə kənd sakini 62 yaşlı Gürcüstan vətəndaşı Şamama Şaripovanı vurub.

Qadın ağır xəsarətlərlə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 8809

Oxşar yazılar