Zaqatalada evdən çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO
09 aprel 2021 15:17 (UTC +04:00)

Zaqatalada evdən çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO

COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Göyəm kənd sakini Mömin Abducəlilov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılan həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.  

M.Abducəlilov barəsində Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

# 1068
avatar

Oxşar yazılar