Zaqatalada ağacları qırıb kömür düzəldənlər  tutuldu
18 fevral 2025 13:18 (UTC +04:00)

Zaqatalada ağacları qırıb kömür düzəldənlər tutuldu

Zaqatala, Oğuz və Şəki rayonlarında keçirilən tədbirlər zamanı Zaqatala rayonunun Mazıx, Oğuz rayonunun Xalxal, Şəki rayonunun isə Baş Zəyzid kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, qanunsuz kömür istehsal etdiyinə görə 3 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bundan başqa Şəki şəhəri ərazisində məişət tullantılarını urnalardan kənara atdıqlarına görə 2 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb, Mazıx kəndi ərazisində 2 ədəd ağacın kəsilməsi aşkar edildiyindən faktla bağlı araşdırma aparılır. 

Paytaxtın Nərimanov rayonu ərazisində keçirilən tədbir zamanı isə bir ictimai iaşə obyektində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və ekoloji tələblərin pozulması aşkar olunduğundan həmin obyektin sahibi barəsində də inzibati tənbeh tədbiri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6504

Oxşar yazılar