Zabratda maşın vuran piyada öldü - YENİLƏNİB
17 oktyabr 2024 09:32 (UTC +04:00)

Zabratda maşın vuran piyada öldü - YENİLƏNİB

Bakıda avtomobilin vurduğu piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində, mərkəz istiqamətində baş verib. Məmmədzadə Səxavət Şahin oğlu idarə etdiyi avtomobillə Rüstəmova Məxmirə Nuşirəvan qızını vurub.

Zərərçəkən aldığı xəsarətlərdən yerləşdiyi Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

***
16 Oktyabr, saat: 12:32

Bakıda avtomobil piyadanı vurub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində baş verib.

Qəza səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3384
avatar

Mehman Nəbiyev

Oxşar yazılar