Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı Kənar Dairəvi yolunda qeydə alınıb.
Belə ki, sürət həddi saatda 110 km olan şosedə 1963-cü il təvəllüdlü Mehdiyev İsfəndiyar Məhərrəm oğlu piyada keçidindən istifadə etməyərək əks tərəfə keçmək istəyib. Həmin vaxt onu yolu keçən minik avtomobili vurub. Piyada ağır bədən xəsarətləri alıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.