Hindistanın Tamiland ştatında göyərtəsində dörd yüksək rütbəli hərbçinin olduğu helikopter qəzaya uğrayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, helikopterin öyərtəsində olanlar arasında ölkənin müdafiə qərargahının rəhbəri Bipin Ravat da olub.
Helikopterdə ümumilikdə 14 nəfər olub. Helikopter Hindistan Hərbi Hava Qüvvələrinin Cere bazasından havaya qalxaraq Vellinqton şəhərinə doğru gedirmiş.
Helikopterin qəzaya uğradığı yerdə artıq üç yaralı tapılıb, onlar ağır bədən xəsarətləri alıblar və xəstəxanaya göndəriliblər. Digərlərinin axtarışı davam edir. Bundan əlavə, "India Today" xəbər verir ki, xilasedicilər iki cəsəd tapıblar, lakin bu məlumat hələlik təsdiqini tapmayıb.