Yük avtomobili qaz xəttinin üzərinə aşdı - FOTO
04 fevral 2021 11:19 (UTC +04:00)

Yük avtomobili qaz xəttinin üzərinə aşdı - FOTO

Sabirabadda yük avtomobili qaz xəttinin üzərinə aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Xankeçən kəndində qeydə alınıb.

60 ton qarğıdalı toxumu ilə yüklənmiş “MAN” markalı, 99 XB 360 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili sərt döngədə aşıb. Nəticədə kəndə gedən qaz xətti zədələnib və avtomobildə olan yük yerə dağılıb. Sözügedən əraziyə təbii qazın verilişi dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1254
avatar

Oxşar yazılar