Yolu keçmək istədi,  avtomobil vurdu
02 may 2022 04:22 (UTC +04:00)

Yolu keçmək istədi, avtomobil vurdu

0

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istnadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Təxminən 30-35 yaşlı kişi piyada üçün müəyyən edilməyən hissədən yolun əks tərəfinə keçmək istəyib.

Həmin vaxt onu avtomobil vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Vurulan piyadanın kimliyi müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2238

Oxşar yazılar