Yolu keçmək istədi,  avtomobil vurdu
09 fevral 2022 07:12 (UTC +04:00)

Yolu keçmək istədi, avtomobil vurdu

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib.

Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən 1968-ci il təvəllüdlü Musayeva Sevinc Oqtay qızını avtomobil vurub.

O müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Oxşar yazılar