Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə dekabrın 26-da saat 19 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində qeydə alınıb. B.Süleymanov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini A.Qafarovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.