Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ölən azyaşlı 1 yaşlı Bahar Hüseynzadədir.
***
11.16
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon Mərkəzi Xəstəxanasının qarşısında “Hyundai” və “VAZ 2106” markalı avtomobillər toqquşub.
Nəticədə avtomobillərdə olan 1 yaşlı Hüseynzadə Bahar Elnur qızı, 2 yaşlı Hüseynzadə Uğur Seymur oğlu və daha bir azyaşlı müxtəlif bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.