Yol polisindən sürücülərə və piyadalara MÜRACİƏT
24 fevral 2021 11:06 (UTC +04:00)

Yol polisindən sürücülərə və piyadalara MÜRACİƏT

"Yağmurlu, çiskinli, dumanlı, şaxtalı hava şəraiti davam edir".

Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, paytaxtın inzibati ərazisində bütün küçə və prospektlərdə DYPİ-nin əməkdaşları tərəfindən nəzarətə götürülüb:

“Yolların təmizlənməsi, Bakı şəhər İcra Hakimiyyəti, AAYDA-nın xüsusi teknikaları ilə həyata keçirilsə də, bəzi ərazilərdə, xüsusilə enişli-yoxuşlu, sərt döngələrdə avtomobillərin sürüşmə ehtimalı var”.

DYP rəsmisi sürücülərə müraciət edərək qeyd edib ki, sürücülər Bakıda sürüşmənin çox olduğu ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər istifadə etməsinlər:

“Əsəsən vətəndaşlarımızdan xahiş edirik ki, ictimai nəqliyyata üstünlük versinlər. Yollarda sürücülər sürət həddi minumuma endirilməli, ara məsafəsini normadan artıq saxlanılmalı, sürüşmə ehtimalı çox olan yerlərdə təkərlərin təzyiqini nisbətən azaltmalı, avtomobilinin dayandırılması və hərəkətə gətirilməsi sürətlər qutusunun hesabına həyata keçirməlidirlər. Piyadalar da burdan müraciət edərək bildirirəm ki,  əsasən yolların hərəkət hissənə çıxmasınlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170
avatar

Oxşar yazılar