Yol polisi əməkdaşı velosipedçini vurdu, sonra  bıçaqladı
22 iyun 2023 14:31 (UTC +04:00)

Yol polisi əməkdaşı velosipedçini vurdu, sonra bıçaqladı

0

Moskva vilayətində yol polisi əməkdaşına qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, iyunun 15-də avtomobili idarə edən polis Kosyakovo kəndi yaxınlığında yolda idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb.

Hadisə nəticəsində o, yolda hərəkətdə olan velosipedçini vurub. Sonra o, dayanıb və zərərçəkmişin işini bitirmək qərarına gəlib, bıçağı çıxarıb, yerdə uzanmış zərərçəkmişə yaxınlaşıb və mədəsinə nüfuzedici zərbə endirdikdən sonra hadisə yerindən qaçıb.

Bıçaqlanan velosipedçini yoldan keçənlər görüb və hadisə barədə təcili xidmətə məlumat veriblər. Zərərçəkmiş ən yaxın xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Bir neçə gün sonra müstəntiqlər təcavüzkarın şəxsiyyətini müəyyənləşdirə biliblər. Polis həbs edilib və barəsində cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2609

Oxşar yazılar