Əyləncə məclisi qurub paylaşanlar cərimələndi
03 sentyabr 2020 17:21 (UTC +04:00)

Əyləncə məclisi qurub paylaşanlar cərimələndi

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq əyləncə məclisi keçirmələri barədə “İnstagram” sosial şəbəkəsində görüntülər paylaşılıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, polis əməkdaşlarının keçirdiyi tədbir zamanı həmin məclisin təşkilatçısı və iştirakçıları barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Sabunçu rayonu, Ramana qəsəbəsindəki evlərin birində keçirilmiş ad günü məclisinin təşkilatçısı İbrahim Hüseynov, iştirakçıları Rüfanə Əzimzadə, Ofeliya Əzimzadə, Günay Tapdıqova və Aydan Muxtarova xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılıblar.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2434

Oxşar yazılar