Yevlaxda xəstəxanada baş verən ölüm araşdırılır-YENİLƏNİB
13 fevral 2023 22:24 (UTC +04:00)

Yevlaxda xəstəxanada baş verən ölüm araşdırılır-YENİLƏNİB

0


Fevralın 13-ü Yevlax rayon sakini Amin Əsədovun ölməsinə dair rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, araşdırma zamanı zərərçəkmiş şəxsin atası - 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

***

21.40

Yevlax rayon prokurorluğu şəxsin ölməsi faktı ilə bağlı araşdırma aparır.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3764

Oxşar yazılar