Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza olub.
Lent.az xəbər verir ki, hadisə Yevlax rayonu Aran qəsəbəsində qeydə alınıb. 25 yaşlı T. Abbasovun idarə etdiyi "Mercedes-Benz Atego" markalı yük avtomobili yolda nasaz vəziyyətdə olan "VAZ-2106"nı kənara itələyən piyada 33 yaşlı Qurbanzadə Məhərrəm Eldəniz oğlunu vurub.
Nəticədə o, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.